"Atletiko"nun hücumçusu Antuan Qrizmann karyerasını "Barselona"da davam etdirməyə yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Madrid təmsilçisi fransalı forvardın gedişi ilə artıq barışıb.

Ulduz futbolçu bu həftə klub rəhbərliyi ilə bir araya gələcək. Madridlilər 28 yaşlı oyunçunun yekun qərarını bilmək istəyir. Futbolçuya yaxın şəxslər də onun ürəyinin "Barselona"da olduğunu bildiriblər. ötən il Kataloniya klubuna keçməkdən son anda imtina edən Qrizmann bu dəfə transferdə qərarlıdı.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm La Liqa 15 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest