"Neftçi"nin 2019/2020 mövsümünə hazırlıq planı müəyyənləşib. Hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.
"Neftçi"nin 2019/2020 mövsümünə hazırlıq planı müəyyənləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq.
Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə olacaq.
Topuk yaylası bölgəsində yerləşən "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelində məskunlaşacaq komanda qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Rəqiblərin kimliyi hələ bəlli deyil.