Türkiyə Superliqasının XXXII turu çərçivəsində keçirilən "çaykur Rizəspor" - "Qalatasaray" oyununun nəticəsi ləğv oluna bilər. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Rizə klubunun prezidenti Hasan Kartal deyib.

O, tvitter hesabı vasitəsilə qarşılaşmanın yenidən keçirilməsi üçün Türkiyə Futbol Federasiyasına müraciət etdiklərini yazıb: "Oyun qaydalarının şərtləri pozulub. Bu üzdən federasiyaya müracətimizi etdik. Tələbimiz matçın yenidən keçirilməsidi".

Qeyd edək ki, "Qalatasaray" son dəqiqələrdə vurduğu qollar sayəsində 3:2 hesablı qələbə qazanmışdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest