"Barselona" "Ayaks"ın daha bir futbolçusu ilə anlaşıb. Matc.az saytının "Catalunya Radio"ya istinadən məlumatına görə, yarımmüdafiəçi Frenki de Yonqdan sonra müdafiəçi Matteys de Liqt də karyerasını İspaniya nəhəngində davam etdirəcək.

Xəbərdə o da bildirilib ki, "Barselona" rəhbərliyi hələ aprelin 12-də Monte Karloda gənc kapitanın meneceri Mino Rayola ilə görüşüb və transfer məsələsini həll edib. Hazırda kataloniyalılar "Ayaks"la transfer məbləği üzərində danışıqlar aparır.

Qeyd edək ki, 20 yaşlı Matteys de Liqt 2016-cı ildən "Ayaks"ın əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest