"Real" qapıçısı Keylor Navasla yollarını ayıracaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kosta-Rika millisinin üzvü artıq transferə çıxarılıb.

Fransalı mütəxəssis yeni mövsümdən Tibo Kurtuaya əsas qapıçı kimi güvənəcəksə, onun alternativi Luka Zidan olacaq. Andrey Luninlə oğlu arasında seçim edən Zizu üstünlüyü Lukaya verib.

Qeyd edək ki, Luka Zidan bu mövsüm "Real"ın heyətində cəmi 1 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest