“Barselona”nın futbolçusu Ansu Fati komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə 4 klub yaxından maraqlanır.

“Barsa”da çox oynamaq imkanı qazanmayan Ansu böyük ehtimalla bu ay icarəyə göndəriləcək. Onunla İspaniyanın digər təmsilçiləri - “Sevilya”, “Valensiya”, “Betis” və “Jirona” danışıq aparır. Bu klubların hər biri Fatini cari mövsümün sonunadək icarəyə götürmək niyyətindədi.

Qeyd edə ki, Fatinin “Barselona” ilə sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest