Yeni mövsümün heyətini qurmaq üçün hərəkətə gələn "Keşlə"də böyük "təmizlik" olacaq. Matc.az saytının məlumatına görə, rəhbərlik müqavilə müddəti başa çatan əksər futbolçularla yollarını ayıracaq.

Dünən Slavik Alxasovla yeni sözləşmə imzalayan paytaxt təmsilçisində qalacaq daha 1 oyunçunun adına aydınlıq gəlib. Baş məşqçi Tərlan Əhmədov əcnəbilərdən birinin mütləq saxlanılmasını istəyib. Bu, yarımmüdafiəçi Con Kamaradı. Kamaranın müqavilə müddəti, onsuz da, gələn ilin yayına qədərdi və rəhbərlik sierra-leoneli ilə yola davam qərarı verib.

Qeyd edək ki, müdafiəçi Denis Silva ilə vidalaşmağı planlaşdıran "Keşlə" həmçinin sözləşməsi bitən digər əcnəbilərlə də yeni sazişə yaxın durmur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest