PSJ-nin hücumçusu Edinson Kavani xoşagəlməz hadisə ilə üziləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, uruqvaylı forvardın avtomobili oğurlanıb.

Belə ki, oğrular onun 200 min avro dəyərində olan "Range Rover" markalı maşınını qaçırıblar. Lakin quldurların sevinci çox çəkməyib. çünki yerli polis dərhal avtomobili ələ keçirib. Oğrular isə həbs olunub.

Qeyd edək ki, oğrular ötən il PSJ-nin digər futbolçuları Erik çupo-Motinq və Tiaqo Silvanın evini yarmışdılar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest