"çelsi"ni tərk edəcək daha bir futbolçunun adına aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Eden Azardan sonra hücumçu Qonsalo İquainin də "zadəganlar"ı tərk edəcəyi dəqiqləşib.

Argentinalı forvard ayın sonunda müqavilə ilə məxsus olduğu "Yuventus"a qayıdacaq. London təmsilçisi onu mövsümün sonuna qədər icarəyə götürüb. Klublar arasında birbaşa müqavilə ilə bağlı bənd olsa da, "çelsi" bundan istifadə etməyəcək. İquain mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal"a qarşı keçiriləcək Avropa Liqası finalında sonuncu dəfə Premyer Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Qonsalo İquainin "Yuventus"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. "Qoca sinyora" mövsümün sonunda onu transferə çıxaracaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest