Futzal üzrə Yüksək Liqada növbəti mövsümə yekunlaşmaq üzrədi. Matc.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, həlledici oyunda "Araz"la Yüksək Liqanın debütantı "Xəzər Cənub" qarşılaşacaq.

Naxçıvan təmsilçisi 14-cü, Lənkəran klubu isə ilk titulunu qazanmaq ərəfəsindədi.

Qeyd edək ki, "Araz" 13 dəfə hamıdan güclü olub. Naxçıvan təmsilçisindən sonra iki komanda 3 dəfə ölkə çempionu titulunu qazanıb. Söhbət "Avtomobilçi" və "Turan AİR"dən gedir. İlk çempion isə "Nicat" olub. "Araz" ardıcıl 10 dəfə çempion olduqdan sonra seriyanı "Khazar Islands" qırıb.

Bu, sayca 26-ci ölkə çempionatıdı. İlk çempionat 1993-cü ildə keçirilib. Bəzi mənbələrdə mövsümün 1993/94-cu illərdə keçirildiyi qeyd edilir. Ancaq fakt odu ki, ilk çempionat 1993-cü ilin payızında keçirilib.

İndiyə qədər keçirilmiş çempionatların qalibləri bunlardı:

1993. "Nicat"  (Bakı)

1994/95. "Azadə"

1995/96. "Avtomobilçi"

1996/97. "Avtomobilçi"

1997/98. "Avtomobilçi"

1998/99. "Azərneftyanacağ"

1999/00. "Azərneftyanacağ"

2000/01. "Turan AIR"

2001/02. "Turan AIR"

2002/03. "Tribut"

2003/04. "Turan AIR"

2004/05. "Araz"

2005/06. "Araz"

2006/07. "Araz"

2007/08. "Araz"

2008/09. "Araz"

2009/10. "Araz"

2010/11. "Araz"

2011/12. "Araz"

2012/13. "Araz"

2013/14. "Araz"

2014/15. "Khazar Islands"

2015/16. "Araz"

2016/17. "Araz"

2017/18. "Araz"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest