"Bavariya"nın hücumçusu Robert Levandovski mövsümün sonunda klubunu dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Polşa millisinin üzvü iki nəhəng klubun maraq dairəsindədi.

Belə ki, "Mançester Yunayted" və PSJ ulduz futbolçunun xidmətində maraqlıdı. "Qırmız şeytanlar" onu Romelu Lukakuya, fransızlar isə Edinson Kavaniyə əvəzləyici gözü ilə baxır. Ancaq digər tərəfdən "Bavariya" da forvarda 2021-ci ilin yayına qədər olan müqavilə müddətini daha 1 il uzatmaq təklifi edib.

Qeyd edək ki, Robert Levandovski bu mövsüm Bundesliqada meydana çıxdığı 32 oyunda 22 qol vurub, 10 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest