"Sabah"ın 2019/20 mövsümü üçün hazırlıq planı bəlli olub. Komanda iyunun 17-də Bakıda toplaşacaq. Paytaxtda baş tutacaq hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu keçiriləcək.

"Sabah"ın 2019/20 mövsümü üçün hazırlıq planı bəlli olub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda iyunun 17-də Bakıda toplaşacaq.

Paytaxtda baş tutacaq hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu keçiriləcək.

Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində baş tutacaq. Komanda iyulun 16-da qardaş ölkəyə yollanacaq. Türkiyədəki təlim-məşq toplanışı iyulun 29-dək davam edəcək. "Sabah" Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

Sınaq görüşlərindəki rəqiblər hələ bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest