"Həmişə demişəm ki, güvənə biləcəyimiz futbolçuları müntəzəm izləyirik". Matc.az saytının məlumatına görə, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

Aç-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Azərbaycan, 11-də Uelslə keçiriləcək oyunların heyətini açıqlayan italiyalı çalışdırıcı Macarıstan Futbol Federasiyasının rəsmi saytına açıqlamasında hazırlıq planı barədə məlumat verib

Bense Pavkoviç və Yanoş Ferentsinin indiyə qədər yığmada oynamadığını, həmçinin Adam Bodinin ilk dəfə dəvət edildiyini söyləyən mütəxəssis ABŞ-da çıxış edən futbolçularla bağlı klublarına müraciət etdiklərini vurğulayıb: "Barat Botond və Kristian Nemetsin toplanışa tez qatılmasını istəyirik. Bunun üçün "Sportinq Kanzas" rəhbərliyindən xahiş etmişik. İnanıram ki, onlar istəyimizi müsbət cavablandıracaqlar. çünki hazırlığa tez başlamağımız və məşqlər üçün əlavə günlərin olması Azərbaycan və Uelslə oyunlar ərəfəsində böyük önəm kəsb edir".

Qeyd edək ki, Macarıstan millisi hazırlıq prosesinə mayın 27-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest