"Sabah" klubunda əvəzedici komandanın baş məşqçisi Vasif Haqverdiyev istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Haqverdiyevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Sabah"ın ikinci komandası geridə qalan mövsüm I divizionda 14 komanda arasında 8-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest