İngiltərə millisinin Avropa Millətlər Liqasının yarımfinal və final qarşılaşmaları üçün geniş heyəti açıqlanıb. Matc.az saytının məlumatına görə, baş məşqçi Qaret Sautqeyt ilkin siyahıda 27 oyunçuya yer verib.

Qapıçılar: Cordan Pikford ("Everton"), Cek Batlend ("Stok Siti"), Tom Hitton ("Bernli")

Müdafiəçilər: Denni Rouz, Kierian Trippyer (hər ikisi "Tottenhem"), Trend-Aleksandr Arnold, Co Qomez (hər ikisi "Liverpul"), Con Stounz, Kayl Uolker (hər ikisi "Mançester Siti"), Ben çiluell, Harri Maquayr (hər ikisi "Lester"), Maykl Kin ("Everton")

Yarımmüdafiəçilər: Delle Alli, Erik Dayer, Harri Uinks (hamısı "Tottenhem"), Ross Barkli ("çelsi"), Cessi Linqard ("Mançester Yunayted"), Fabian Delf ("Mançester Siti"), Cordan Henderson ("Liverpul"), Deklan Rays ("Vest Hem"), Ceyms Uord-Prouz, Natan Redmond (hər ikisi "Sauthempton")

Hücumçular: Markus Reşford ("Mançester Yunayted"), Harri Keyn ("Tottenhem"), Ceydon Sanço ("Borussiya" D.), Rahim Sterlinq ("Mançester Siti"), Kallum Uilson ("Bornmut")

Aprelin 9-dan bəri yaşıl meydanlara ayaq basmayan Keynin heyətə salınması təəccüblə qarşılanıb. Daha əvvəl onun final mərhələsinə qədər sağala bilməyəcəyi açıqlanmışdı. Yekun heyətdə 23 oyunçu yer alacaq.

Qeyd edək ki, Millətlər Liqasının yarımfinalında İngiltərə Hollandiya, İsveçrə isə Portuqaliya ilə qarşılaşacaq. Qarşılaşmalar iyunun 5 və 6-da keçiriləcək.

Final və üçüncülük görüşü isə 9 iyunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest