Bildirilib ki, Azərbaycan və Ermənistan arasında davam edən siyasi gərginliyə görə "Arsenal" UEFA ilə danışıqları davam etdirir. Qitənin ali futbol qurumundan Mxitaryanın təhlükəsizliyi üçün əlavə təminat tələb edən londonlular son qərarı gələn həftəinin əvvəlində verəcək.

"Arsenal" Henrix Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi ilə bağlı qərar verə bilmir. Matc.az saytının məlumatına görə, Londonlular erməni futbolçunun finalda oynamasından narahatdır.

Bu barədə "The Guardian" nəşrində məqalə yayımlanıb. Bildirilib ki, Azərbaycan və Ermənistan arasında davam edən siyasi gərginliyə görə "Arsenal" UEFA ilə danışıqları davam etdirir. Qitənin ali futbol qurumundan Mxitaryanın təhlükəsizliyi üçün əlavə təminat tələb edən londonlular son qərarı gələn həftəinin əvvəlində verəcək.

"The Guardian" həmçinin finalın "Arsenal" tərəfindən boykot edilmək ehtimalını da araşdırıb: "Arsenal" yarışdan çıxa bilməz. çünki bununla çox şey itiriləcək. Nəzərə alaq ki, bu, həm titul, həm də çempionlar Liqasına düşmək şansıdır. üstəlik, finalda mümkün qələbə "Arsenal"a 60 milyon funt-sterlinq gəlir gətirəcək".

Qeyd edək ki, AFFA, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi dövlətin adından çıxış edərək, finalda iştirak edən bütün iştirakçıların, o cümlədən Mxitaryanın təhlükəsizliyinə zəmanət verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest