"çelsi" ciddi itki ilə üzləşib. Matc.az saytının məlumatına görə, Ruben Loftus-çik sıradan çıxıb.

ABŞ-ın "New England Revolution" klubu ilə yoldaşlıq görüşündə zədələnən 23 yaşlı yarımmüdafiəçinin vəziyyəti ağırdı. Tibbi müayinədən sonra ingilis oyunçunun ən az 5 ay meydandan kənarda qalacağı açıqlanıb. 

Qeyd edək ki, "çelsi" mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq Avropa Liqasının finalında "Arsenal" ilə qarşılaşacaq. Ruben Loftus-çik isə həmin qarşılaşmanı buraxmalı olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest