"Səbail"in ulduz futbolçusu Maykl Essyen ölkəmizi tərk edib. Veteran yarımmüdafiəçi Nigeriyaya yola düşüb. Səfərdə məqsəd xeyriyyə oyununda iştirakdı. Afrika ilə Nigeriyanın veteranları arasında mayın 18-də görüş baş tutacaq.

"Səbail"in ulduz futbolçusu Maykl Essyen ölkəmizi tərk edib. Matc.az saytının Nigeriya mətbuatına istinadən məlumatına görə, veteran yarımmüdafiəçi bu ölkəyə yola düşüb.

Səfərdə məqsəd xeyriyyə oyununda iştirakdı. Belə ki, Afrika ilə Nigeriyanın veteranları arasında mayın 18-də Laqosda görüş baş tutacaq.

Afrika yığmasının heyətində Essyenlə yanaşı, Ceremi Ncitap, Herita İllunqa, Kristian Karambö, Aaron Mokoena, Riçard Kinqston, Didye Zokora, Mamadu Sissoko, El-Haci Diuf, Samuel Eto, Diomonsi Kamara, Xalilu Fadiqa, Abdul Kader Keyta, Ceyms Debba, Tiene Siaka, Tresor Lomana Lua Lua və Abubakar Titi Kamara kimi tanınmış simaların da olması gözlənilir.

Akunvunmi ştatının qubernatorunun şərəfinə həsr olunan qarşılaşmadan əldə ediləcək gəlirin bir hissəsi Nigeriyada məktəblilərin təhsil tələbatlarına xərclənəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest