"Səbail"in qapıçısı Fərhad Vəliyev karyerasını bitirib. Bunu milli komandamızın sabiq qolkiperi özü deyib. 39 yaşlı dəri əlcək sahibi futbolçu karyerasını rəsmən başa vurduğunu və bundan sonra bütün diqqətini məşqçiliyə yönəldəcəyini deyib.

"Səbail"in qapıçısı Fərhad Vəliyev karyerasını bitirib. Bunu matc.az saytına açıqlamasında milli komandamızın sabiq qolkiperi özü deyib.

39 yaşlı dəri əlcək sahibi futbolçu karyerasını rəsmən başa vurduğunu və bundan sonra bütün diqqətini məşqçiliyə yönəldəcəyini deyib. Geridə qalan mövsüm ərzində oynayan-məşqçi funksiyasını yerinə yetirən Vəliyev yeni mövsümdən klubda qapıçılar üzrə məşqçi kimi çalışacaq.

Qeyd edək ki, Fərhad Vəliyev ötən il "Sumqayıt"dan ayrılanda karyerasını bitirməyi planlaşdırsa da, sonradan "Səbail"in oynayan-məşqçi təklifini qəbul etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest