Haiti millisinin KONKAKAF Qızıl kuboku üçün geniş heyəti açıqlanıb. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, 40 nəfərlik siyahıda Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçuya yer verilib.

Belə ki, baş məşqçi Mark Kollat "Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye və "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivara da dəvət göndərib. Turnir öncəsi 17 oyunçu siyahıdan çıxarılacaq və yeku "23-lük" açıqlanacaq.

Qeyd edək ki, Haiti yığması ABŞ-da keçiriləcək turnirin B qrupunda Kosta Rika, Nikaraqua və Bermuda ilə mübarizə aparacaq. Komanda oyunlarını iyunun 16-da, 20-də və 24-də keçirəcək. Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala adlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest