"Portu"nun qapıçısı İker Kasilyas karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 37 yaşlı qolkiper özü açıqlama verib.

Kasilyas bir müddət əvvəl "Portu"nun məşqində infarkt keçirmiş və həkimlər onun karyerasını bitirməli olduğunu demişdi.

Peşəkar futbolçu karyerasına 1999-cu ildə "Real"da başlayan Kasilyas, 16 il sonra Madrid klubundan ayrılıb. O, 2015-ci ildən "Portu"nun şərəfini qoruyurdu. Kasilyas 167 dəfə də İspaniya millisinin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest