"Ayntraxt" mövsüm başa çatmamış ilk transferini reallaşdırıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Filip Kostiç "Hamburq"dan alınıb.

Serbiya millisinin üzvü cari mövsümü icarə əsasında frankfurtluların heyətində keçirib. 27 yaşlı vingerin çıxışından məmnun qalan Bundesliqa təmsilçisi onu birbaşa transfer etmək hüququndan yararlanıb. Kostiç "Ayntraxt"la 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Filip Kostiç bu mövsüm bütün turnirlərdə 45 oyunda keçirib, 10 qol, 13 assitə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest