Futzal üzrə Yüksək Liqada üçüncü yer uğrunda oyun keçirilib. Matc.az saytı xəbər verir ki, əzəli rəqiblər bu dəfə "bürünc"ün taleyinə aydınlıq gətirib.

Belə ki, EKOL-la "Neftçi" üz-üzə gəlib. Qarşılaşmaya ciddi itkilərlə çıxan ikincilər meydanı məğlub tərk edib. Namiq Məmmədkərimov və Fərid Atakişiyevin dublu EKOL-a 4:2 hesablı qələbə qazandırıb. Maraqlıdı ki, görüşdə bütün qollar birinci hissədə vurulub.

Beləliklə, EKOL Yüksək Liqanın bürünc medallarını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest