"Sabah"ın əvəzedici komandasının yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.

Bildirilir ki, bu vəzifə təcrübəli mütəxəssis Rövşən Babayevə həvalə olunub. O, geridə qalan mövsüm əsas komandada köməkçi məşqçi funksiyasını yerinə yetirirdi.

Qeyd edək ki, bu mövsüm "Sabah"ın əvəzedici komandasına Vasif Haqverdiyev rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest