Azərbaycan kubokunun final oyunun başlama saatı dəyişdirilib. Bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, mayın 19-da "Qəbələ" ilə "Sumqayıt" arasında keçiriləcək həlledici qarşılaşma ilə bağlı dəyişiklik hər iki klubun müraciətinə əsasən edilib.

Azərbaycan kubokunun final oyunun başlama saatı dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, mayın 19-da "Qəbələ" ilə "Sumqayıt" arasında keçiriləcək həlledici qarşılaşma ilə bağlı dəyişiklik hər iki klubun müraciətinə əsasən edilib. Belə ki, oyunun start fiti əvvəlcədən nəzərdə tutulduğu kimi 16:30-da deyil, 17:00-da veriləcək.

Qeyd edək ki, mövsümün son oyunundan öncə konsert proqramı və açılış mərasimi təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest