Sabah Azərbaycan kubokunda 2018/19 mövsümünün final oyunu keçiriləcək. Matc.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda baş tutacaq görüşdə "Qəbələ" və  "Sumqayıt" üz-üzə gələcək.

"Qırmızı-qaralar" klub tarixində 4-cü dəfə finalın iştirakçısı olacaq. Ardıcıl 3-cü dəfə həlledici qarşılaşmada oynayacaq "Qəbələ" 2013/14, 2016/17 və 2017/18 mövsümlərində də kubok uğrunda matçda qüvvəsini sınayıb.

Naxçıvanda keçiriləcək matç iki komanda arasında Azərbaycan kuboku çərçivəsində ilk duel olacaq. ümumilikdə isə "Qəbələ" və "Sumqayıt" 28 dəfə görüşüb. Bütün oyunlar Premyer Liqa çərçivəsində keçirilib. "Qırmızı-qaralar" 17 qələbə qazanıb, 8 heç-heçə edib və 3 dəfə məğlub olub. 47 qol vuran futbolçularımız 21 top buraxıb. İlk dəfə neytral meydanda üz-üzə gələcək rəqiblər 14 dəfə "Qəbələ"nin, 14 dəfə "Sumqayıt"ın meydanında görüşüb. "Qırmızı-qaralar" evdə 11, səfərdə 6 dəfə qalib gəlibsə, sumqayıtlılar yalnız öz meydanında qələbə qazanıb. 8 heç-heçədən 3-ü "Qəbələ"nin, 5-i rəqibin meydanında gerçəkləşib. Komandamız həm öz (26-7), həm də rəqib (21-14) meydandakı top fərqində öndədir.

 

"Qəbələ" -  "Sumqayıt": Bütün oyunlar

2011/12 mövsümü
14.08.2011. Premyer Liqa. Sumqayıt Şəhər - Qəbələ - 1:2

Orxan Əliyev, 90+3 - Dodo, 5, Daniel Lopes Kruz, 41

04.12.2011. Premyer Liqa. Qəbələ - Sumqayıt Şəhər - 3:1

Serj Cehua, 37, Dodo, 70, Viktor Mendi, 86 - Samir Abasov, 39

2012/13 mövsümü

26.08.2012. Premyer Liqa. Qəbələ - Sumqayıt - 4:1

Bruno da Silva, 33, Umar Kalabane, 53, 71, Rəşad Abdullayev, 55 - Ruslan Qurbanov, 18

8.12.2012. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Viktor Mendi, 39

2013/14 mövsümü

19.08.2013. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Vüqar Əsgərov,4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 12

25.10.2013. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Daniel Subotiç, 24, Dodo, 63

02.02.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:3

Viktor Mendi, 3, Lorenzo Ebesilio, 55, Leonardo da Silva, 57

17.05.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Viktor Mendi, 39, Lorenzo Ebesilio, 86, Abdulvahid Afolabi, 90+2 - Məhəmməd Qurbanov, 7

2014/15 mövsümü

24.10.2014. Premyer Liqa. Qəbələ - Sumqayıt - 3:1

Cavid Hüseynov, 77, Pavol Farkaş, 88, Ekiqo Ehiosun, 90+2 - Ramazan Abbasov, 40

18.12.2014. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Məhəmməd Qurbanov, 67 - Cavid Hüseynov, 86 (p.)

08.03.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Viktor Mendi, 23, 34

08.05.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:2

Aleksey Qay, 39, Viktor Mendi, 41

2015/16 mövsümü

21.09.2015. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Aleksey Qay, 90+2 (p.)

21.11.2015. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Uğur Pamuk, 29, Ağabala Ramazanov, 69 -  Cəmil Hacıyev, 40 (ö.q), Samir Zərgərov, 71

14.02.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Ermin Zets, 69

09.04.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 1:1

Aleksey Qay, 65 -  Pərdis Fərcad-Azad, 85 (p.)

2016/17 mövsümü

22.09.2016. Premyer Liqa. Qəbələ - Sumqayıt - 2:0

Baqali Dabo, 85; 90

25.10.2016. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:2

Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.)  -  Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

28.01.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:1

Vitali Vernidub, 58  -  Məhəmməd Qurbanov, 53

29.04.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 2:1

Amil Yunanov, 27; Mirabdulla Abbasov, 29  -  Asif Məmmədov, 40

2017/18 mövsümü

20.08.2017. Premyer Liqa. Qəbələ - Sumqayıt - 1:0

Tellur Mütəllimov, 40

14.10.2017. Premyer Liqa. Sumqayıt - Qəbələ - 0:1

Famoussa Kone, 29

02.04.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Stiven Monroz, 55 - Nicat Qurbanov, 83

12.05.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 0:2

Baqali Dabo, 37; Cavid Hüseynov, 88

2018/19 mövsümü

25.08.2018. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:1

Təmkin Xəlilzadə, 43 (p.) - Yusif Nəbiyev, 90+3

27.10.2018. Premyer Liqa. Sumqayıt – Qəbələ – 2:2

Şəhriyar Əliyev, 7, 19 - Stiven Monroz, 42; Atakora Lalavele, 56

03.02.2019. Premyer Liqa. Qəbələ – Sumqayıt – 1:0

Stiven Monroz, 84

11.05.2019. Premyer Liqa. Sumqayıt – Qəbələ – 1:0

ülvi İsgəndərov, 68

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest