Azərbaycanda 2018-19 mövsümünə yekun vurulub. Matc.az saytının məlumatına görə, ölkə kubokunun final görüşü keçirilib.

Naxçıvan Muxtar Respublikası stadionunda baş tutan qarşılaşmada "Qəbələ" ilə "Sumqayıt" üz-üzə gəlib. "Kimyaçılar" tarixində ilk dəfə final həyəcanı yaşayırdısa, "qırmızı-qaralar" 4-cü dəfə həlledici oyunda iştirak edib.

2013-14, 2016-17 və 2017-18 mövsümlərində finalda məğlub olan "Qəbələ", nəhayət ki, tilsimi qırıb. Stiven Jozef Monrozun 4-cü dəqiqədə vurduğu yeganə qol Sənan Qurbanovun yetirmələrinə kuboku qazandırıb.

Bununla "Qəbələ" həm də gələn mövsüm növbəti dəfə Azərbaycanı Avropa Liqasında təmsil etmək hüququna yiyələnib.

 

Azərbaycan Kuboku
Final
19 may

"Qəbələ" – "Sumqayıt" - 1:0
Qol: Stiven Monroz, 4

Qırmızı vərəqə: Cavid Tağıyev

Naxçıvan Muxtar Respublikası stadionu. Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Səbuhi Bayramov

"Qəbələ"1. Anar Nəzirov, 34. Urfan Abbasov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə

Ehtiyat oyunçular: 22. Dmitro Bezotosnı, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov,  8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov

"Sumqayıt": 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 21. Arif Daşdəmirov, 3. Vurğun Hüseynov (k), 99. Əli Babayev, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 5. Adil Nağıyev,
8. Peyman Babayi, 15. Əmir Ağayev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 34. Elvin Bədəlov, 70. ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 25. Baxşəli Baxşəliyev, 49. İbrahim Əliyev
Baş məşqçi: Ayxan Abbasov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest