"Qarabağ" daha bir legionerlə vidalaşıb. Matc.az xəbər verir ki, ötən ilin yayında "Bursaspor"dan transfer edilən Con Delarj komandadan göndərilib. 2020-ci ilə qədər sözləşməsi olan konqolu futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Qeyd edək ki, "Qarabağ" Delarjdan öncə 3 legionerlə - Yakub Jezniçak, İnnosent Emeqara və Reynaldo Silva ilə yollarını ayırıb.   

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest