Azərbaycan kubokunun final qarşılaşmasından əvvəl açılış mərasimi keçirilib. Matc.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Stadionunda baş tutan tədbiri açıq elan edən aparıcı Kamran Həsənli Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevanı səhnəyə dəvət etdi. Tünzalə Ağayevanın konsert proqramına Peşəkar Futbol Liqası tərəfindən stadiona gələn azarkeşlərə paylanan Azərbaycan bayraqları xüsusi rəng qatdı.

PFL.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest