Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün komandalar müəyyənləşib. Matc.az xəbər ki, dördüncü vəsiqənin sahibi ölkə kubokunun finalında keçirilən "Qəbələ" - "Sumqayıt" görüşündən sonra bəlli olub. Bu hüquqa rəqibi üzərində minimal hesabla qalib gələn "Qəbələ" yiyələnib - 1:0.

"Qırmızı-qaralar" ardıcıl altıncı dəfə Avropa Liqasında mübarizə aparacaq. Onlarla yanaşı, çempionatın gümüş və bürünc medalçıları olan "Neftçi" və "Səbail" də bu turnirə qatılacaq. ölkə çempionu "Qarabağ" isə çempionlar Liqasında iştirak edəcək.

Avrokubokların 2019/2020 mövsümünün ilk püşkü iyunun 11-də baş tutacaq. Azərbaycan klubları ilkin raunddan azaddı.

Xatırladaq ki, "Qarabağ", "Neftçi" və "Səbail" yarışa I təsnifat mərhələsindən başlayacaq. Bu raundların oyunları çempionlar Liqasında iyulun 9-10 və 16-17-də, Avropa Liqasında 11-də və 18-də keçiriləcək.

"Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də baş tutacaq. Artıq "Qəbələ"nin püşkatma mərasimində hansı səbətdə yer alacağı da bəllidi. UEFA reytinqində əmsalı 6,250-ə bərabər olan "qırmızı-qaralar" səpələnmişlər səbətində yer alacaq.

Avropa Liqasının I təsnifat mərhələsinin səpələnmişlər səbətində qərarlaşacaq "Neftçi" və "Səbail"in yer aldıqları cütlüklər 2-ci raundda səpələnməmişlərdən olacaq.

 


 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest