"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov vəzifəsindən ayrılır. Matc.az saytının məlumatına görə, bunu çalışdırıcı özü Azərbaycan kubokunun "Qəbələ" ilə keçirilən final oyunundan sonra deyib.

Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra CBC Sport telekanalında açıqlama verən Abbasov bildirib ki, oyunun taleyini bir səhv həll edib: "Futbolçularım bu il bacardıqlarını göstərdilər. Amma mənim fikrimcə, avrokuboklara hələ hazır deyildik. Futbolçularımı mübarizəyə görə təbrik edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm ki, Sumqayıtdan bura qədər gəlib bizi dəstəklədilər. Qarşıdakı iki gün ərzində rəhbərliklə görüşümüz olacaq. çox güman ki, bu, "Sumqayıt"da son oyunumdu".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest