İspaniya La Liqasının son turunda "Eybar"la qarşılaşmada (2:2) dubl edən "Barselona"nın kapitanı Lionel Messi mövsümü bombardir kimi tamamlayıb. Matc.az saytının məlumatına görə, 36 qolun müəllifi olan argentinalı superulduz ən yaxın izləyicisini 15 top qabaqlayıb.

Bununla Leo sabiq "Real"lı Uqo Sançesin rekordunu yeniləyib. Sançes 1986-87 mövsümündə 34 qolla Piçiçi mükafatını əldə edəndə ən yaxın izləyicisi olan "Barselona"lı Qari Linekeri 20 top üstələyib.

Bu mövsüm bütün turnirlərdə qollarının sayını 50-yə çatdıran Messi karyerasında 6-cı dəfə buna nail olur. Belə ki, Leo 2010-11 (53 qol), 2011-12 (73), 2012-13 (60), 2014-15 (58) və 2016-17 (54) mövsümlərində də 50 qol səddinə çatmışdı.

Qeyd edək ki, Messi eyni zamanda karyerası ərzində 6-cı dəfə "Qızıl buts" mükafatına yaxındı. Hazırda yalnız PSJ-nin hücumçusu Kilian Mbappenin ona çatmaq şansı var. Fransa çempionatında sona 1 tur qalmış gənc forvard "Barsa"nın kapitanından 4 qol geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest