Monteneqro millisinin sabiq futbolçusu Andriya Delibaşiç vəfat edib. Matc.az xəbər verir ki, keçmiş hücumçu 43 yaşında ölüb.

Buna səbəb beyin şişi olub. Belə ki, 2023-cü ilin martında ona bu diaqnoz qoyulub və əməliyyat olunmuşdu. Sabiq futbolçu müalicədən sonra bir müddət “Buduçnost”da idman direktoru kimi çalışsa da, xəstəlik yenidən özünü göstərib.

Qeyd edək ki, Andriya Delibaşiç Monteneqro millisinin heyətində 21 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest