Futzal üzrə Azərbaycan kubokunun final oyununun təyinatları müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyası həlledici qarşılaşmanı idarə edəcək referilərin adlarını açıqlayıb.

Mayın 23-də EKOL–la aşağı liqa təmsilçisi "Advokat" arasında baş tutacaq final görüşündə ədalət təmsilçiləri Hikmət Qafarlı, Fuad Həsənov və Rahin Heybətov olacaq.

Bakı İdman Sarayında keçiriləcək görüş saat 14:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest