Argentina millisinin əfsanəvi futbolçusu Qabriel Batistuta baş məşqçi olmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 50 yaşl mütəxəssis "Midlsbro"nu çalışdıra bilər.

Batiqol ötən il məşqçi kurslarını başa vurub və gücünü bu sahədə yoxlamaq istəyir. O, xüsusən də, İngiltərəfə çalışmaq niyyətindədi və bu məqsədlə öz namizədliyini "Midlsbro" rəhbərliyinə təklif edib.

Qeyd edək ki, Qabriel Batistuta 1991-2002-ci illərdə Argentina yığmasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest