"Ayaks"ın kapitanı Matteys de Liqt "Barselona"ya keçmək istəyində olduğunu açıqlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 19 yaşlı müdafiəçi bununla bağlı danışıqların getdiyini etiraf edib.

O, "Barselona" ilə müqavilə bağlayan komanda yoldaşı Frenki de Yonqdan ayrılmaq istəmədiyini vurğulayıb: "De Yonq əla mövsüm keçirdi və "Barselona" ilə müqavilə bağlamağa layiq idi. Onunla yenidən birlikdə oynamağımız yaxşı olardı. Ancaq indiki vəziyyətdə dəqiq nəsə deyə bilmərəm".

Qeyd edək ki, Matteys de Liqtin transfer qiyməti 70 milyon avro dəyərində göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest