"Final üçün yaxşı hazırlaşırıq. Bütün fikrimiz tamamilə bu oyuna fokuslanıb. Hər an bizim üçün dəyərlidir". Matc.az saytının məlumatına görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

Bakıda keçiriləcək Avropa Liqasının final oyununda "çelsi" ilə qarşılaşacaq londonluların çalışdırıcısı qarşılaşma ilə bağlı keçirdiyi mətbuat konfransında fikirlərini bölüşüb.

O, erməni oyunçu Henrik Mxitaryanın Azərbaycana gəlməmək barədə özü qərar verdiyini bildirib: "Mxitaryanın bizimlə olmayacağı pis xəbərdir. Siyasi məsələləri anlamağa və başa düşməyə çalışırıq. Bu sabah onunla danışdım, bizimlə oynamaq istəyir, ancaq ailəsi ilə birlikdə qərar veriblər. Mən özüm Bask bölgəsindənəm və siyasi konfiliktləri yaxşı bilirəm. Təəəssüf ki, bu məsələdə qərar vermək mənim əlimdə deyil. Sadəcə şəxsi qərarına hörmət eləməliyik".

Emeri sonda azarkeşlərin dəstəyinə ehtiyacları olduğunu vurğulayıb: "Azarkeşlərimizin bizimlə birlikdə Bakıya gəlmək istədiklərini bilirəm. Əlbəttə onların dəstəyi ilə daha güclü oluruq. Bilirəm ki, Bakıda da "Arsenal"ın çoxlu fanatları var, yaxşı olardı ki, Londondan da bizə dəstək olmağa gələnlər olsun".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest