Azərbaycan yığması gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. Bu uğura atlet Anna Skidan nail olub. Çəkic atma növündə mübarizə aparan Skidan 72.92 metr nəticə göstərərək 5-ci yeri tutub.

Azərbaycan yığması gələn il Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. Matc.az saytının məlumatına görə, bu uğura atlet Anna Skidan nail olub.

çinin Nanjinq şəhərində keçirilən "IAAF World Challange Nanjing 2019" yarışında çəkic atma növündə mübarizə aparan Skidan 72.92 metr nəticə göstərərək 5-ci yeri tutub. Bu nəticə də olimpiadaya lisenziya əldə etmək üçün kifayət edib.

Yarışda iştirak edən digər atletimiz Nazim Babayev isə 6-cı olub.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün atletlər ən azı 72.50 metr nəticə göstərməlidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest