"Sabah" Futbol Akademiyasına qəbul üçün seçimlər elan edib. Matc.az xəbər verir ki, paytaxt klubunun sıralarına qoşulmaq istəyən uşaqlar seleksiya məşqlərinə qatıla biləcəklər.

"Vətən" Futbol Məktəbində (ünvan: Səttar Bəhlulzadə küçəsi 105) baş tutacaq məşqlər iyunun 1-də olacaq. Seçimlər zamanı 2011, 2012, 2013-cü il təvəllüdlü uşaqlar saat 09:00-10:00, 2009-2010-cu il təvəllüdlülər 10:00-11:00, 2007-2008-ci il təvəllüdlü yeniyetmələr isə 11:00-12:00 arası sınaqdan keçəcəklər.

Seçimlərdə iştirak edəcək uşaqların özləri ilə şəxsiyyəti təsdiq edən sənəd gətirməsi vacibdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest