"Union Berlin" ilə "Ştutqart" arasında keçirilən və 4:4 hesabı ilə başa çatan qarşılaşmada rekord qeydə alınıb. Görüş birinci hissədə ən çox qol vurulan oyun kimi Bundesliqanın, eləcə də Almaniyanın futbol tarixinə düşüb.
Almaniya Bundesdilasının 30-cu turunda "Union Berlin" ilə "Ştutqart" arasında keçirilən və 4:4 hesabı ilə başa çatan qarşılaşmasında rekord qeydə alınıb.
Matc.az xəbər verir ki, qolların hamısının ilk yarıda qeydə alındığı bu qarşılaşma, birinci hissədə ən çox qol vurulan oyun kimi Bundesliqanın, eləcə də Almaniyanın futbol tarixinə düşüb.
Bundesliqada sonuncu dəfə bir hissədə ən çox qol 1982-ci ildə Dortmund "Borussiya"sının "Arminia Bielefeld"i 11:1 hesabı ilə məğlub etdiyi oyunun ikinci hissəsində vurulub. Həmin görüşdə qolların 10-u ikinci hissədə vurulub. Lakin birinci hissədə 8 qolun qeydə alınması Bundesliqa tarixində ilk dəfə baş verib.
Qeyd edək ki, "Ştutqart" 41 xalla turnir cədvəlində 11-ci, "Union Berlin" isə 35 xalla 13-cü sırada qərarlaşıb. Berlin təmsilçisi görüşdə qazandığı 1 xal sayəsində bu mövsüm Bundesliqada qalmağı təmin edib.