Marçello Lippi yenidən baş məşqçi kimi fəaliyyətə başlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 71 yaşlı mütəxəssis çin millisinin "sükanı arxası"na keçib.

İki il əvvəl də bu postda çalışan Lippinin dönüşünü yerli futbol assosiasiyası təsdiq edib. Onlar italiyalı ilə Dç-2022-yə vəsiqə qazanacaqlarına inanırlar.

Qeyd edək ki, Lippi yığmada ötən ay istefa verən həmyerlisi Fabio Kannavaronu əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest