"Bakı Avrupa Liqasının final matçına hazırdı. Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük imtahandı". Matc.az xəbər verir ki, bunları gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə "Anadolu" agentliyinə açıqlamasında deyib.
Nazir bildirib ki, UEFA rəsmiləri matçın baş tutacağı Bakı Olimpiya Stadionunu təftiş ediblər və 5 ballıq şkala ilə 4,5 bal qiymət veriblər: "Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondur. Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb. Bunadək Avrupa Oyunları, İslam Həmrəyliyi Oyunları ve "Formula 1" kimi nəhən yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik. Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin matç olacaq".
Qeyd edək ki, mayın 29-da keçiriləcək finalda İngiltərənin "Arsenal" və "çelsi" komandaları qarşılaşacaq.