Avropada "Qızıl buts" mükafatının qalibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, Fransa Liqa1-nin son turunun ardından bu mükafatı "Barselona"nın kapitanı Lionel Messinin qazanacağı, demək olar ki, dəqiqləşib.

Belə ki, "Reym"lə qarşılaşmada 1 dəfə fərqlənən PSJ-nin hücumçusu Kilian Mbappe argentinalı superulduzdan 3 top geri qalıb. Nəticədə La Liqanın 34 matçında 36 qola imza atan Messi böyük ölçüdə karyerasında 6-cı dəfə "Qızıl buts"un qalibi olub.

Hazırda yalnız "Sampdoriya"nın hücumçusu Fabio Kvalyarellanın Leoya çatmaq şansı var. Ancaq bunun üçün veteran forvard "Yuventus"la son tur matçında 11 qol vurmalıdı ki, bu da indiki dönəmdə qeyri-mümkündü.

Messi bu titulu ən çox qazanan futbolçu ünvanını da ələ keçirib.

 

2018-19 mövsümünün bombardirləri:

1. Lionel Messi ("Barselona") - 36 qol (72 xal)

2. Kilian Mbappe (PSJ) - 33 qol (66 xal)

3. Fabio Kvalyarella ("Sampdoriya") - 26 qol (52 xal - ehtiyatda 1 oyun)

4. Mbaye Dianye ("Qalatasaray") - 30 qol (45 xal)

5-11. Məhəmməd Salah ("Liverpul") - 22 qol (44 xal)

5-11. Robert Levandovski ("Bavariya") - 22 qol (44 xal)

5-11. Nikolya Pepe ("Lill") - 22 qol (44 xal)

5-11. Duvan Zapata ("Atalanta") - 22 qol (44 xal)

5-11. Pyer-Emerik Obameyanq ("Arsenal") - 22 qol (44 xal)

5-11. Sadio Mane ("Liverpul") - 22 qol (44 xal)

5-11. Krşiştof Pyontek ("Milan") - 22 qol (44 xal)

12-13. Kriştianu Ronaldo ("Yuventus") - 21 qol (42 xal)

12-13. Duşan Tadiç ("Ayaks") - 28 qol (42 xal).

 

Qeyd edək ki, "Qızıl buts" mükafatı 1968-ci ildən etibarən hər il verilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest