07 May 2025, 16:17
MPL
Biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
Misli Premyer Liqasının 34-cü turunun "Turan Tovuz" - "Neftçi" oyununun biletləri satışa çıxarılıb.
Matc.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, oyun 10 may tarixində, saat 19:30-da Tovuz şəhər stadionunda baş tutacaq.