07 May 2025, 22:44
MPL
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) hazırkı mövsümdə 21 yaşadək futbolçuların öz klublarında qazandıqları oyun vaxtının faizini təhlil edib.
Matc.az xəbər verir ki, siyahıda 65 dünya liqası yer alıb. Bura Azərbaycanın Misli Premyer Liqası da daxildir.
Siyahıya əsasən, sözügedən yaş kateqoriyasının futbolçularına ən çox oyun vaxtı verən klubumuz 22,5 faizlə “Şamaxı” olub.