08 May 2025, 10:31
MPL
"Qarabağ" Çempionlar Liqaında 2025/2026 mövsümünə 2-ci təsnifat mərhələsində başlayacaq.
Matc.az xəbər verir ki. PSJ finala yüksəldikdə sonra Azərbaycan çempionunun 2-ci mərhələdən başlayacağı dəqiqləşib.
Turnirin finalçları PSJ ilə "İnter" növbəti mövsüm üçün turnirin Liqa mərhələsinə vəsiqəni öz ölkəsinin çempionatından qazanıb. Belə olan halda pley-off mərhələsinin ən yüksək reytinqli komandaı olan "Olimpiakos" (Yunanıstan) birbaşa Liqa fazasında iştira etmək hüququ qazanıb.
Bu, təmsilçimizə də təsirsiz ötüşməyib. 1-ci təsnifat mərhələsindəki ən yüksək reytinqli komandalar – “Slovan” (Slovakiya) və “Qarabağ” 2-ci mərhələdən mübarizəyə qoşulacaq.