Şotlandiya kubokunun qalibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, finalda "Harts" üzərində minimalhesablı qələbə qazanan (2:1) "Seltik" kubokun sahibi olub.

Bununla Qlazqo təmsilçisi Premyer Liqa və Liqa Kubokundan sonra "qızıl het-trik" edib. "Seltik" ardıcıl 3 mövsüm daxili yarışların hamısını qazanmaqla yeni rekorda da imza atıb.

Qeyd edək ki, "Seltik" mövsümə Brendan Rojersin rəhbərliyi altında başlasa da, mütəxəssis martda "Lester"ə getdikdən sonra bu posta Nil Lennon təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest