Misli Premyer Liqasında 2024/2025 mövsümünün qalibi  "Qarabağ" mükafatlandırılacaq.

Matc.az xəbər verir ki, tədbir 18 may tarixində "Azersun Arena"da keçiriləcək. XXXV tur çərçivəsində, saat 19:00-da start götürəcək "Kəpəz"lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq.

"Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest