15 May 2025, 12:36
MPL
"Hatayspor"dan ayrılan Vensan Abubakar Azərbaycanda çıxış edə bilər.
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qarabağ" azad agent statusunda olan kamerunlu futbolçunu heyətinə qatmaq istəyir.
Ağdam təmsilçisinin Abubakarla müqavilə imzalamaqda israrlı olduğu bildirilir. "Qarabağ" 33 yaşlı forvardla maliyyə şərtlərini müzakirə edir.
Qeyd edək ki, Vensan Abubakar mövsümün əvvəlind "Beşiktaş"dan ayrılaraq "Hatayspor"a keçmişdi. Təcrübəli hücumçu Super Liqa təmsilçisinin heyətində 28 oyunda 8 qol vurub, 2 qol ötürməsi edib.