İspaniya Kral Kubokunun qalibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, finalda La Liqanın qalibi "Barselona" ilə 4-cüsü "Valensiya" üz-üzə gəlib.

Sevilyanın "Benito Vilyamarin" stadionunda keçirilən qarşılaşmaya fəal başlayan "yarasalar" ilk hissədə 2 top fərqi ilə önə keçib. Kataloniya klubunun gücü ikinci hissədə təsəlli qoluna çatıb. Bununla da "Valensiya" tarixində 8-ci dəfə kral kubokunu qazanıb. Komanda 11 ildən sonra bu titula yiyələnməyi bacarıb.

Marselinonun yetirmələri eyni zamanda ardıcıl 4 il idi kuboku heç kimə verməyən "Barselona"nın hegemonluğuna son qoyub.

 

İspaniya Kral Kuboku

Final

25 may

"Barselona" - "Valensiya" - 1:2

Messi, 73 - Qameyro, 21; Rodriqo, 33

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest